Reper Mbappeni təhdid etdi

27-06-2025, 08:24           
Reper Mbappeni təhdid etdi
Fransalı reper Buba sosial şəbəkələrdə "Real Madrid"in futbolçusu Kilian Mbappeni təhdid edib. O, futbolçunu xəstəliyi ilə bağlı məlumatları açıqlamaqla hədələyib.

Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.

Məlumata görə, reperi hiddətləndirən Mbappenin PSJ-ni psixoloji təzyiqdə ittiham edərək məhkəməyə verməsi olub.

"Əgər Nasser əl-Xelaifini rahat buraxmasan, mən ona Palm-Biçdə nə etdiyini, kiminlə olduğunu və xəstəliyə necə yoluxduğunu deyəcəyəm. Get futbolunu oyna, qol vur və köynək sat", - reper yazıb.

Qeyd edək ki, iyunun 19-da Mbappe kəskin qastroenterit diaqnozu ilə ABŞ-də xəstəxanaya yerləşdirilib, lakin elə həmin gün komandanın düşərgəsinə qayıdıb. 26 yaşlı futbolçu bir neçə gün ərzində yalnız meyvə və maye qidalar qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru