Şirniyyata və duzluya meyil bədəndə hansı çatışmazlıqdan xəbər verir?

27-06-2025, 08:04           
Şirniyyata və duzluya meyil bədəndə hansı çatışmazlıqdan xəbər verir?
Şirin və duzlu qidalara qarşı güclü istək bədənin ehtiyac duyduğu bəzi vitamin və mineralların çatışmazlığının əlaməti ola bilər.
Bu barədə qastroenteroloq və dietoloq Aleksandra Noev “Moskva 24” saytına açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, belə qida istəkləri bəzən sadəcə vərdiş deyil, orqanizmin siqnalı ola bilər.Noev qeyd edir ki, şirniyyata meyil orqanizmin serotonin balansı ilə əlaqəlidir. Şirniyyatların tərkibində olan triptofan adlı amin turşusu sinir sistemini sakitləşdirir və melatoninin sintezini stimullaşdırır. Bu səbəbdən bədən, xüsusilə stres və yuxusuzluq zamanı, daha çox şirin qidaya meyil göstərə bilər.Eyni zamanda, duzlu yeməklərə olan həvəsin də səbəbsiz olmadığını bildirən mütəxəssis, bunun çox zaman orqanizmdə su çatışmazlığı ilə bağlı olduğunu qeyd edib. Həkimin fikrincə, duz istəyi bədənin su qəbulunu artırmaq üçün göndərdiyi siqnallardan biridir.Noev bildirib ki, belə hallar davamlı olarsa, vitamin və mineral analizləri vermək, habelə su balansına və qida rejiminə yenidən baxmaq tövsiyə olunur. Çünki uzun müddətli çatışmazlıq həm metabolizmi poza, həm də ümumi sağlamlığa mənfi təsir göstərə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru