Ukraynanın İleçevsk ticarət limanının direktoru Yuriy Kruk işdən çıxardılıb.
AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Odessa vilayətinin rəhbəri Mixail Saakaşvili limana səfəri zamanı bildirib.
Məlumatda bildirilir ki, Krukun direktor vəzifəsindən çıxarılması barədə sərəncam imzalanıb və o qüvvəyə minib.
Qeyd edək ki, Saakaşvili daha əvvəl də Yuriy Kurkun ticarət limanının direktoru vəzifəsindən istefaya göndərilməsinin vacibliyi barədə bəyənatlar səsləndirmişdi: `Mən vilayət rəhbəri təyin olunanda limana yeni rəisin təyin olunması ilə bağlı müsabiqə elan olunmuşdu. Lakin mən vəzifəyə təyin olunandan sonra mənə aydın olmayan səbəblərdən dolayı müsabiqə ləğv olunub. `, - deyə Saakaşvili bildirib.