"Harvi" qasırğası ABŞ-da 13 obyektə zəhərli tullantılarla zərər vurub
3-09-2017, 09:07
ABŞ-ın Ətraf Mühiti Mühafizə Agentliyi ("EPA") "Harvi" qasırğasının Texas ştatında 13 obyekti yüksək zəhərli tullantılarla batırdığını və ya zərər vurduğunu açıqlayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, agentliyin məlumatında hazırda bu zərərin ətraf mühitə təsirini tam qiymətləndirməyin mümkün olmadığı bildirilir. "EPA"da təhlükəli obyektlərin dağıntıları haqqında havadan çəkilən şəkillərin köməyi ilə biliblər. Hələlik 13 obyektdən yalnız 2-ə baxmaq mümkün olub. Lakin bu iki obyekt də təcili tədbirlərə ehtiyac duyulmur. Bildirilir ki, daşqınlar azaldıqda qalan 11 obyektə də baxış keçiriləcək. "Komanda indi yerdədir, daşqın azalan kimi digər 11 obyektə dəymiş zərəri müəyyən etmək üçün əməkdaşlar obyektlərə təhlükəsiz şəraitdə düşə biləcəklər", - deyə "Reuters" "EPA" açıqlamasından sitat gətirib.