Almaniya Fətullah Gülənin tərəfdarlarının hesablarını dondurmaqdan imtina edib

3-09-2017, 09:08           
Almaniya Fətullah Gülənin tərəfdarlarının hesablarını dondurmaqdan imtina edib
Almaniya hökuməti Türkiyənin FETÖ rəhbəri Fətullah Gülənin bu ölkədəki tərəfdarlarının hesablarını dondurmaq tələbini yerinə yetirməkdən imtina edib.
"Report"un məlumatına görə, bu barədə "Spiegel" mənbəyə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, Ankara tərəfindən müvafiq tələb Almaniyanın Xarici İşlər Nazirliyinə bu ilin yazında göndərilib. Sənəddə Türkiyəni tərk edən və Gülənlə əlaqəsi olan 80 nəfərin adı qeyd edilib.
Almaniyanın hakimiyyət orqanları iyunun sonunda Türkiyənin sorğusunu rədd edib. Almaniyanın Xarici İşlər Nazirliyi Daxili İşlər və Ədliyyə Nazirlikləri ilə məsləhətləşmədən sonra Ankaraya cavab verib. Sənəddə bildirilib ki, onların əlində bu addımı atmaq üçün "hüquqi əsas" yoxdur.
Xatırladaq ki, Fətullah Gülən 2016-cı ilin 16 iyulunda tərəfdarları ilə Türkiyədə hərbi çevriliş yolu ilə hakimiyyəti ələ keçirməyə cəhd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.