Obamanın Trampa yazdığı məktub yayımlandı

3-09-2017, 23:16           

NN televiziyası ABŞ Prezidenti Donald Trampın sələfi Barak Obamanın "Oval" ofisdəki stola yeni prezident üçün qoyduğu məktubun bir surətini dərc edib.

Axar.az xəbər verir ki, Obama məktubunda Trampa demokratik dəyərləri aşındırmamaq barədə xəbərdarlıq edib.

Məktubun girişində Obama prezident vəzifəsi barədə bunları deyir:

"Uğur üçün müəyyən bir modeli olmayan hər şeydən fərqli bir vəzifədir. Bu səbəbdən məndən hər hansı bir tövsiyənin sənə yardımçı olub-olmayacağına əmin deyiləm. Yenə də bu vəzifədə keçirdiyim son 8 ilə dair bir neçə təəssüratı yazmaq istəyirəm".

Obama 275 sözdən ibarət məktubunda bildirib ki, hər kəs onlar qədər şanslı deyil. İşləmək istəyən hər bir uşaq və ailə üçün daha çox uğur inşa etmək bizim əlimizdədir. Siyasi qazanc üçün demokratiya normalarına riayət etmək lazımdır.

Qeyd edək ki, Tramp Obamanın məktubu ilə bağlı açıqlamasında mətnin çox qarışıq və mürəkkəb olduğunu bildirsə də, məktubu yayımlamayacağını bəyan etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.