Bu soyuducu sahibi çağıranda yanına gedir

5-09-2017, 09:29           
Bu soyuducu sahibi çağıranda yanına gedir
Yaponiyanın “Panasonik” şirkəti “ağıllı” soyuducu konseptini təqdim edib. İnsan səsi ilə verilən komandaları “anlamağı” və istifadəçinin çağırışı üzrə onun yanına gəlməyi bacaran bu yeni qurğu Berlində keçirilən IFA-2017 sərgisində nümayişi etdirilib.

Axar.az xəbər verir ki, mini-soyuducu içkilərin və qəlyanaltıların saxlanılması üçün nəzərdə tutulub. Bu qurğu daxili məlumat bazası sayəsində orada olan məhsulları təhlil edərək insana tövsiyə verə bilər.

Bundan başqa, soyuducu insan səsi ilə verilən komandaları “anlamağı” və istifadəçinin çağırışı üzrə onun yanına gəlməyi bacarır. Yeni qurğu məkanda səmtləşmə üçün dərinlik tənzimləyiciləri ilə və lazer sensorlarla təchiz olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru