ABŞ generalından sensasiya: Bağdadi sağdır

5-09-2017, 09:48           

İŞİD-ə qarşı koalisiyanın amerikalı komandanı Stefan Tounsend Rusiyanın bombardmanı nəticəsində öldüyü iddia edilən Əbubəkr Bağdadi haqda açıqlama verib.

Axar.az xəbər verir ki, koalisiya komandanı Bağdadinin yaşadığına dair məlumatlar gəldiyini bildirib.

Rusiyanın bombardmanından sonra Bağdadinin öldüyü ehtimalı çox yüksək idi, hətta İran mediası onun öldüyünü əks etdirən fotolar da yaymışdı. ABŞ rəsmiləri isə əllərində terrorçu liderin ölümü ilə bağlı məlumatın olmadığını qeyd etmişdilər.

İran İŞİD liderinin ölümünü bir neçə fərqli mənbədən təsdiqləndiyini bildirmişdi.

Amma Tousend Bağdadinin öldürüldüyünə dair tutarlı faktlar olmadığını açıqlayıb. Onun sözlərinə görə, İŞİD lideri İraqın qərbindəki Rava qəsəbəsi ilə Suriyanın şərqindəki Deyr əz-Zor arasındakı bir bölgədə gizlənir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru