İtaliyanın baş naziri KQB casusu olub?
11-08-2015, 21:10
Britaniyada zəhərlənərək öldürülən keçmiş “KQB” yetkilisi Aleksandr Litvinenko ölümündən bir neçə ay əvvəl italyan vəkilə İtaliyanın baş naziri Romano Prodinin KQB üçün çalışdığını bildirmişdi. Bəs Romano Prodi həqiqətənmi KQB-nin adamı idi?
Britaniyanın Avropa Parlamentindəki təmsilçisi Cerard Batten 2006-cı ildə çıxışında keçmiş KQB yetkilisi Aleksandr Litvinenkonun dediklərinə əsaslanaraq İtaliyanın baş naziri, eləcə də Avropa Komissiyasının sədri Romano Prodinin KQB casusu olduğunu rəsmi şəkildə ilk dəfə olaraq dilə gətirildi.
Hələ Aleksandr Litvinenko Rusiyadan qaçmağı ilə bağlı plan cızarkən yaxın dostu Anatoli Trofimov ona İtaliyaya qaçmamağı tövsiyə etmişdi. O, Aleksandr Litvinenkoya deyibmiş ki, “İtaliyaya getmək çox risklidir, çünki İtaliyada siyasətçilər arasında çoxlu sayda KQB casusu var. “Romano Prodi bizim oradakı adamımızdır”,- deyə ora getməyi məsləhət bilməyib. Qeyd edək ki, Anatoli Trofimovun özü 2005-ci ildə Moskvada qətlə yetirilib.
2006-cı ildə Avropa Parlamenti bütün bu casusluq məsələlərinin son dərəcə ciddi şəkildə araşdırılmasını tələb etdi. Mövzunun Rusiya ilə əlaqələrə də təsirsiz ötüşməyəcəyi vurğulandı. Belə bir fikir də səsləndirildi ki, əslində “KQB” fəaliyyəti dayanmış bir qrum deyil və Avropa Komissyasının sədri Romano Prodi Avropa Birliyinə aid bir çox sirlərdən xəbardar bir şəxsdir.
Aleksandr Litvinenko bildirmişdi ki, 1981-ci ildə Roma Papası II İohann Pavelə qarşı sui-qəsd zamanı KQB casuslarının gizlədilməsində əsas rolu Romano Prodi oynayıb. Anatoli Trofimov isə əlavə edib ki, KQB-nin İtaliyada yürütdüyü bütün cirkli işlərə, qanusuz əməliyyatlara Prodi özün nəzarət edirdi.
Diqqət çəkən digər məqam isə Prodinin İtaliya baş naziri kimi fəaliyyət göstərdiyi 1996-1998-ci illərdə İngilis xüsusi xidmət orqanları tərəfindən 261 nəfər italiyan casusunun SSRİ üçün çalışdığına dair dosye ilə çıxış etməsdir. O zaman bunu sübut etmək mümkün olmamışdı.
Romano Prodi öz növbəsində bütün bu faktları rədd edir.