İran səfirliyinə hücum: Bayraq endirildi

10-03-2018, 10:27           
İran səfirliyinə hücum: Bayraq endirildi
İranın Britaniyadakı Səfirliyinin binasının eyvanına bir neçə naməlum şəxs daxil olaraq, İran bayrağını endirib.

Axar.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. Agentlik səfirliyə hücum edən şəxslərin Londondakı dini ekstrimist qruplardan birinin üzvləri olduğunu bildirib.

Səfirliyə hücum edən şəxslər həmçinin İranın rəsmi şəxslərinin ünvanına təhqiramiz şüarlar səsləndiriblər.

“BBC Fars” isə hücum edənlərlə bağlı maraqlı məlumat yayıb. Radio bu şəxslərin ayətulla Məhəmməd Şirazinin ideyalarının davamçıları olduğunu bildirib.

Qeyd edək ki, Məhəmməd Şirazi 2001-ci ildə vəfat edib. O, İranın keçmiş Ali Dini lideri Ruhulla Xomeyninin əsas düşmənlərindən biri sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru