Kaliforniyada girov götürülən veteranlar və cani ölü tapıldı - YENİLƏNDİ

10-03-2018, 10:30           

ABŞ-ın Kaliforniya ştatında yerləşən veteranlar evində girov götürülən 3 nəfərin və cinayətkarın meyiti aşkar edilib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.

***

ABŞ-ın Kaliforniya ştatında naməlum şəxs veteranlar evində 3 nəfəri girov götürüb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, insident Yuntvil şəhərində qeydə alınıb.

Silahlı şəxs binaya daxil olaraq 3 nəfəri girov götürüb. Hadisə yerinə polis və digər güc strukturlarının nümayəndələri cəlb olunub.

Veteranların işi üzrə departamentin məlumatına əsasən, Yuntvildə yerləşən müəssisədə 1000-ə yaxın insan yaşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru