Zəvvarlarla bağlı ŞOK ADDIM: Həccə gedən hər bir şəxs...

6-08-2018, 19:14           
Zəvvarlarla bağlı ŞOK ADDIM: Həccə gedən hər bir şəxs...
Çin hökuməti tərəfindən idarə edilən Çin İslam Dərnəyi Məkkə şəhərinə Həcc ziyarəti üçün gedən çinli müsəlmanların kartlarına GPRS (Qlobal Mövqetəyinetmə Sistemi) taxıb.

Faktaz.com xəbər verir ki, bu barədə Amerikanın “Vall Strit” qəzeti məlumat yayıb.

Xəbərə görə, Çin hökuməti bu sistem vasitəsilə zəvvarları 24 saat izləyir. Dərnəyin ifadəsinə görə isə bu kartlar istifadəçilərin təhlükəsizliyini təmin edir. Kartlarda GPRS və zəvvarın şəxsi bilgiləri var.

İnsan haqları müdafiəçiləri isə sözügedən kartları casusluq və kəşfiyyat fəaliyyətlərinin bir parçası kimi şərh edir. London Krallığı Kollecindən Çin insan haqları mütəxəssisi Eva Pils durumun Çinin müsəlmanların dini aktivliyinə qarşı zülmünün yeni yolu olduğunu bildirib.

Qeyd edək ki, Çinin Şərqi Türküstanda uyğurlara qarşı məhdudiyyətlər və assimlasiya siyasti tətbiq etdiyi heç kimə sirr deyil. Çin hökuməti bu fəaliyyətləri bir müddətdir ki, müsəlmanlara qarşı da tətbiq edir.

Hökumətin bu kartlardan hansı məqsədlə istifadə edəcəyi isə hələ ki bilinmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru