İranda parçalanma: Ruhani parlamentə qarşı

7-08-2018, 00:00           
İranda parçalanma: Ruhani parlamentə qarşı
İran Prezidenti Həsən Ruhani parlamentdə iqtisadi problemlərlə bağlı deputatların suallarını cavablandıracaq.

Axar.az xəbər verir ki, bu barədə məlumat Ruhaninin İran parlamentinin spikeri Əli Laricaniyə ünvanlandığı məktubunda yer alıb.

"Prezidentin dindirilməsi üçün minimum iki bəndə əməl edilməlidir. Birincisi, bu dindirilmə konstitusiya əsasında olmalıdır, ikincisi isə dindirilmə doğru zamanda olmalıdır. Təəssüf ki, bu tələblərdən heç birinə əməl edilməyib. Hakimiyyətin qolları arasındakı istənilən ziddiyətdən qaçmaq və İslam Məşvərət Şurasına hörmət göstərmək üçün mən təyin olunan vaxtda parlamentə gedəcəyəm”,- deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Ruhani ölkədəki iqtisadi problemlərlə bağlı açıqlama verməsi üçün parlamentə dəvət edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru