Dünyanın ən bahalı avtomobili: 17,5 milyon dollar - Foto

19-08-2018, 17:58           
Dünyanın ən bahalı avtomobili: 17,5 milyon dollar - Foto
"Pagani" şirkəti dünyanın ən bahalı avtomobilini satışa çıxarmağa hazırlaşır.

Qaynarinfo.az xəbər verir ki, "Pagani Zonda HP Bachetta" adlı modeldən cəmi 3 ədəd istehsal olunacaq və 17,5 milyon dollara satışa çıxarılacaq.

Avtomobil 789 at gücünə, 6.0 litrlik ikiqat turbo V12 motoruna və 6 ötürücülü mexanika sürət qutusuna sahib olacaq. İdman avtomobili 100 km/saat sürəti 3,1 saniyədə yığacaq. Maksimum sürəti isə 335 km/saat olacaq.

Qeyd edək ki, hazırda dünyanın ən bahalı avtomobili ötən il satışa çıxarılan "Rolls-Royce Sweptail" avtomobilidir. Avtomobilin qiyməti 13 milyon dollardır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru