ABŞ-də hərbi bazada atışma: 5 nəfəri yaralayan şəxsin kimliyi bilindi

Bu gün, 12:58           
ABŞ-də hərbi bazada atışma: 5 nəfəri yaralayan şəxsin kimliyi bilindi
ABŞ-ın Corciya ştatında yerləşən Fort-Styuart hərbi bazasında 5 nəfərin yaralandığı atışmanı törədən şəxsin kimliyi məlum olub.

Bakupost.az xəbər verir ki, atəş açan şəxs ABŞ ordusunun serjantı olub.

***

22:09

ABŞ-nin Corciya ştatındakı Fort-Stüart hərbi bazasında naməlum şəxs atəş açıb, hərbi obyekt qismən bağlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Agentlik polkovnik-leytenant Anxel Tomkodan sitat gətirib: “Hazırda vəziyyəti qiymətləndiririk, lakin atəşlə bağlı məlumatı təsdiqləyə bilərik”.
Türkiyənin “Haber Global” telekanalı bildirib ki, hadisə nəticəsində 5 nəfər yaralanıb.
Qeyd edək ki, Fort-Stüart Amerikanın böyük bazalarından biridir, orada bir neçə min əsgər yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru