"Audi" ABŞ-də ilk zavodunu açmaq istəyir

Bu gün, 12:48           
"Audi" ABŞ-də ilk zavodunu açmaq istəyir
Alman avtomobil istehsalçısı "Audi" ABŞ ilə yeni ticari strategiya hazırlayır və Aİ-ABŞ ticarət razılaşması fonunda bu ölkədə ilk zavodunu tikməyi nəzərdən keçirir.

Oxu.Az xəbər verir ki, bu barədə Almaniyada dərc edilən gündəlik "Handelsblatt" nəşri məlumat yayıb.

Qeyd olunur ki, bunun üçün ABŞ-nin Tennessi ştatının Çattanuqa şəhərində ildə 150-200 min avtomobil üçün yeni istehsal müəssisəsi açıla bilər.

Xatırladaq ki, artıq Çattanuqa şəhərində "Audi" markasının sahibi olan Alman avtomobil istehsalçısı "Volkswagen"in zavodu fəaliyyəti göstərir.

Bu yerin seçilməsi vaxt və maddi xərcləri əhəmiyyətli dərəcədə azaltmağa kömək edə bilər, çünki əsas şirkət tikintinin planlaşdırılmasını və logistika infrastrukturunun yaradılmasını öz üzərinə götürəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru