Həkimlər sinəsinə armatur batan fəhləni xilas etdilər

Bu gün, 11:24           
Həkimlər sinəsinə armatur batan fəhləni xilas etdilər
Dağıstanda həkimlər qəhrəmanlıq göstəriblər.
Hündürlükdən yıxılan 24 yaşlı inşaat işçisinin sinəsinə armatur batıb. Lakin o, xilas edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın regional Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hadisə Dərbənd şəhərinin Tabasaran rayonunda tikintidə baş verib: "Kişi tikinti işləri zamanı hündürlükdən yıxılıb və döş qəfəsindən armaturla deşilmiş yara alıb. Metal çubuq sinədən içəri keçərək daxili orqanları zədələyib".

Həkimlər armaturu xüsusi cihazla mişarlayıb və zərərçəkmişi xəstəxanaya çatdırıblar. Cərrahlar isə təcili əməliyyat keçiriblər. "İnşaat işçisinin döş qəfəsi geniş açılıb, qanaxma dayanıb, zədələnmiş orqanlar isə bərpa edilib. Həkimlər yaraları uğurla müalicə ediblər", - məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru