Le Parisien: Fransadakı meşə yanğını son 20 ilin ən böyük yanğınıdır
Bu gün, 11:44
Fransanın cənubunda baş verən yanğın 16 min hektar meşə sahəsini məhv edib. Bu, son 20 ilin ən böyük yanğını olub. Bu barədə "Le Parisien" qəzeti Meşə Yanğınlarının Dövlət Reyestrinin məlumatlarına istinadən məlumat yayıb. Qeyd edilib ki, ölənlər var.
Məqalədə deyilir: “Meşə yanğınlarına dair məlumat bazasına (BDIFF) görə, çərşənbə axşamı Aude şəhərində başlayan yanğın ən azı son 20 ilin ən böyük yanğınıdır. Səlahiyyətlilərin sözlərinə görə, bir nəfəri- yaşlı qadını xilas etmək mümkün olmayıb. Daha 9 nəfər yaralanıb. İlkin məlumatlara görə, yanğın artıq 30-a yaxın avtomobili və 25 evi məhv edib. 2500-ə yaxın ev işıqsız qalıb, bəzi magistral yollar bağlanıb. Lakin xəbər verildiyi kimi, Fransadan İspaniyaya gedən ən böyük A 9 magistralında nəqliyyatın hərəkəti bir gün əvvəl bağlandıqdan sonra bərpa edilib".