Bakıda “Şanxay” kimi tanınan ərazidə dəmir yoluna yaxın tikilmiş evlərin sökülməsi zamanı kompensasiya ödənilməlidirmi?
Bu gün, 11:14
Ödəmək istəməyən qurumlar evlərin “kupça”sının olmadığını önə çəkirlər. Amma qanunla, məhz QANUNLA belə bir kompensasiya mütləq ödənilməlidir. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə üzvdür və bu məhkəmənin qərarları presedent olaraq Azərbaycan üçün də məcburidir. Bu presedent isə Türkiyədə yaşanıb. 2000-ci ildə tullantı poliqonunda baş vermiş partlayış nəticəsində evlər dağılıb, ölüm halları da baş verib. Dövlət yanan evlərə görə kompensasiya ödəməkdən imtina edib və bunu evlərin “sənədsiz gecəqondu” olması ilə əsaslandırıb. Amma AİHM Öner Yıldız adlı vətəndaşın şikayəti (“Öneryıldız v. Turkey” (application no. 48939/99) əsasında 154 000 və xərclər üçün də əlavə olaraq 10 000 (cəmi 164 000) avro kompensasiya ödənilməsi barədə qərar verib. Məhkəmə qərarını belə əsaslandırıb: - Dövlət vətəndaşın yaşam hüququnu təmin etməlidir. - Evlərin sənədsiz olması həmin evlərə görə müxtəlif situasiyalarda təzminatdan imtina edilməsi üçün əsas ola bilməz. - Həmin evlərə kommunal xidmətlər göstərildiyinə görə dövlət de-fakto vətəndaşın mülkiyyət hüququnu tanıyıb. Beləliklə, bu presedentə əsasən ən azı 1 kommunal abunəliyi olan heç bir ev kompensasiya ödənilmədən sökülə bilməz. Azərbaycan dövləti bu öhdəliyi beynəlxalq konvensiyalara qoşulmaqla öz üzərinə götürüb. Bizim Yol