İranın xarici işlər naziri MKİ-nin məşhur “AYAKS” planını xatırlatdı:“ABŞ İranda dövlət çevrilişi hazırlayır”

19-08-2018, 18:01           
İranın xarici işlər naziri MKİ-nin məşhur “AYAKS” planını xatırlatdı:“ABŞ İranda dövlət çevrilişi hazırlayır”
ABŞ 1953-cü ildə olduğu kimi ölkədə hakimiyyəti devirmək üçün İran üzrə “hərəkət qrupu” yaradıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. “Düz 65 il əvvəl ABŞ xalq tərəfindən seçilmiş demokratik [Məhəmməd] Mosaddıq hökumətini devirərək növbəti 25 il müddətinə diktatorluğu bərpa etdi və iranlıları kölə halına saldı. İndi İran üzrə “hərəkət qrupu” təzyiq, yalan məlumat və demaqoqluq yolu ilə eyni şeyi etmək arzusundadır. Bu, bir daha olan deyil”, – deyə nazir öz “Twitter” səhifəsində yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru