İran Rusiyadan 21 mlrd dollar dəyərində aviasiya avadanlığı almaq niyyətindədir
27-09-2015, 17:23
İran Rusiya ilə 21 mlrd dollar dəyərində Rusiya istehsalı olan “Superjet 100” təyyarələri daxil olmaqla aviasiya-kosmik avadanlığının alınmasına dair bir neçə müqavilə imzalayıb.
TEREF.İNFO APA-ya istinadən verdiyi xəbərə görə, bunu “Sptnik” agentliyinə müsahibəsində İranın Milli Kosmik Mərkəzinin rəhbəri Manuçöhr Manteki deyib.
Mantekinin sözlərinə görə, sazişlər avqustun sonunda keçirilmiş “MAKS-2015” aviasalon çərçivəsində əldə olunub.