Almaniya və İsveçrə səfirləri İran XİN-ə çağırıldılar

19-06-2025, 09:01           
Almaniya və İsveçrə səfirləri İran XİN-ə çağırıldılar
Almaniyanın İrandakı səfiri Markus Potsel İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Oxu.Az bu barədə "Mehr" agentliyinə istinadla xəbər verir.

Məlumata görə, İran tərəfi Almaniya Kansleri Fridrix Mertsin son açıqlamaları ilə bağlı Potselə qəti etirazını bildirib.

Eyni zamanda, ABŞ-nin Tehranda maraqlarını təmsil edən İsveçrə səfiri Nadin Lozano da İran XİN-ə çağırılıb. İran tərəfi Lozanoya ABŞ Prezidenti Donald Trampın son bəyanatları ilə bağlı etiraz notası təqdim edib.

Qeyd edək ki, İrana qarşı əməliyyatla bağlı danışan Merts "bu, İsrailin hamımızın əvəzinə yerinə yetirdiyi kirli işdir" deyib.

İrana qarşı səbrinin tükəndiyini deyən Tramp isə Ali lider Əli Xameneinin Tehranın "müharibəyə qəti şəkildə müqavimət göstərmək niyyətində olduğu" sözlərinə cavab olaraq ona uğurlar arzulamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru