Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri VƏFAT ETDİ Bu gün, 09:12 Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Ramiz Məlikov vəfat edib.Bu barədə sosial şəbəkədə paylaşım edilib."Ramiz Məlikov uzun sürən xəstəlikdən sonra bu gün 87 yaşında dünyasını dəyişib", - deyə məlumatda bildirilir.Qeyd edək ki, Ramiz Məlikov həm də "Duyğun" imzası ilə tanınan şair, publisist olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Facebook-da paylaş