Tramp gözlənilməz bəyanatı ilə hamını təəccübləndirdi
Bu gün, 09:22
"Ağ Evin hər iki tərəfində iki gözəl bayraq dirəyi quraşdıracağımı elan etməkdən şərəf duyuram".
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.
"Bu, məndən hədiyyədir. Bu gözəl yerdə bayraq çatışmayıb. Ümid edirəm ki, onlar Ağ Evin hər iki tərəfində uzun illər qürurla dalğalanacaqlar", - deyə Tramp əlavə edib.