ŞOK: Rusiya NATO-nu çökdürən casusunu belə xilas etdi – VİDEO
27-09-2015, 17:35
Rusiya ilə Estoniya sərhədində casus dəyişdirilməsi prosesi baş tutub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Məlumata görə, sentyabrın 26-da iki ölkə arasındakı Kunçina Qora sərhəd qapısında Rusiyada casusluq etdiyi üçün həbs olunan Estoniya agenti Kover Estoniyanın Daxili İşlər Nazirliyində çalışan keçmiş zabit Aleksey Dressenlə dəyişdirilib. Dressen öz ölkəsindən FSB-yə məlumat ötürməkdə ittiham olunaraq həbs olunmuşdu.
“İnterfaks”a danışan Rusiya kəşfiyyatındakı mənbə bildirib ki, Dressen 20 il ərzində Rusiya xüsusi xidmət orqanlarına Baltik ölkələrində ABŞ və İngiltərə kəşfiyyatının fəaliyyətləri haqda məlumatlar ötürüb. Onun məlumatları hesabına Rusiyada bir çox qərbli casuslar aşkar edilib və Baltikyanı ölkələrdə Rusiyaya qarşı addımların qarşısı alınıb. [media=https://www.youtube.com/watch?v=jrE3v5v_MW0]