Rusiya təyyarələri Suriyada “Azərbaycan taboru”nu məhv etdi
27-09-2015, 20:12

Rusiya HHQ Suriyanın Hələb şəhərində İŞİD və Əhrar əş-Şam döyüşçülərinin mövqelərinə aviazərbələr endirib.
“Qafqazinfo” warfiles.ru-ya istinadən xəbər verir ki, Suriya ordusu yaraqlılara yerdən hücuma keçərkən Rusiya bombardmançıları terrorçuların Dəyr Hafer şossesindəki mövqelərinə havadan zərbələr endiriblər. Əməliyyat zamanı 140-a yaxın yaraqlı öldürülüb. Hələb şəhərində döyüşlər hələ də davam edir.
Ərəb mətbuatı yazır ki, Suriya ordusuna havadan dəstəyi məhz Rusiya HHQ-i göstərir. Nəşrin məlumatına əsasən, Rusiya təyyarələri yüksək dəqiqliklə Hələbin şərqində döyüşçülərin mövqelərini məhv ediblər.
Nəşr həmçinin qeyd edib ki, bu, Rusiya tərəfindən 4 ildir ki davam edən Suriya münaqişəsinə ilk hərbi müdaxilədir.
Əməliyyat yerinə yetirildikdən sonra bütün təyyarələr Cableh şəhərindəki aviabazaya qayıdıblar. Hal-hazırda Rusiya aviasiyası Dəməşq, Latakiya və Hama vilayətlərini havadan müdafiə edir.
Suriya ordusunun baş zabiti Rusiya HHQ-nin hücumunun SAAF ilə razılaşdırıldığını bildirib. Onun sözlərinə görə, hücum zamanı komandiri ilə birlikdə “Azərbaycan tabor”u məhv edilib.