Hazırda xaricdəyəm. Rusiyada təhsillə bağlı keçirilən tədbirlərdə iştirak edirəm.
Bu sözləri Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyev seçkidən sonra Almaniyaya istirahətə getməsi haqda Axar.az-a daxil olan xəbərə münasibət bildirərkən deyib. Rektorun sözlərinə görə, qonşu ölkəyə üç gün bundan qabaq yola düşüb və universitetlərlə bağlı təşkil olunan konfransa qatılıb. O, vətənə qayıdacağı tarixi açıqlamayıb.
Qeyd edək ki, Ə.Vəliyevin adı sabiq nazir Eldar Mahmudovla bank işində çəkilib. Bəzi saytlarda eks-nazirin əmisi oğlu Vüqar Mahmudovla Ə.Vəliyevin kürəkəni, “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyevin bankın işlərini birgə həyata keçirdikləri iddia olunub.