YAP-ın təcili toplantısı çağıdırldı – Nə baş verir?
28-11-2019, 08:05
Bu gün hakim partiyanın əsas seçkili ali orqanı olan Siyasi Şuranın təcili iclası çağırılıb.
Teref.az bildirir ki, bu haqda isə etikxeber.az-a YAP-dakı mənbədən məlumat daxil olub. Ancaq YAP-dakı mənbə, eləcə də, hakim partiyadan olan millət vəkilləri təcili iclasın hansı səbəbdən çağırıldığını dəqiq bilmirlər. İclasın təcili çağırılması da təsadüfi sayıla bilməz.
İclasda növbədənkənar qurultaya gedilməsi və seçki hazırlıqlarına start verilməsi də gözləniləndir, ehtimal olunandır. Toplamtı bu gün 11:00-da YAP-ın mərkəzi qərargahında baş tutacaq.İclasda vacib qərarların qəbul olunacağı, mesajların veriləcəyi gözlənilir.
Yeni Azərbyacan Partiyasının fəaliyyətində ciddi dəyişiklər planlaşdırıldığı oktaybr ayında Prezident İlham Əliyevin Baş nazirin müavini Əli Həsənovu qəbul edərkən dediyi sözlərdən məlum olmuşdu. “Mənim göstərişimlə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əlavə addımlar atılmalıdır”-deyə Dövlət başçısı o zaman vurğulamışdı.
İlham Əliyev partiya işində fəallığa daha böyük ehtiyac olduğunu demişdi.
Belə məlum olur ki, hakim partiyada ciddi kadr və fəaliyyət dəyişiklikləri nəzərdə tutulur. Görünür İlham Əliyev YAP-ı dövrün çağırışlarına adekvat bir siyasi qüvvə kimi yeni platforma üzərində yenilənməsinə start vermək istəyir.