İlham Əliyev Prezident Administrasiyasının strukturunu təsdiq etdi - SƏRƏNCAM

29-11-2019, 17:32           
İlham Əliyev Prezident Administrasiyasının strukturunu təsdiq etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi edilməsi haqqında sərəncam imzalayıb.
Teref.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu” təsdiq edilsin.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin;
bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.