ÇİNDƏ AZƏRBAYCANLILAR VİRUSA MEYDAN OXUYUR!
2-02-2020, 11:14
Çinin Yivvu şəhərində yeddi ildir ki, yaşayan və restoran sahibi olan vətəndaşımız Əli Bayramlı ONN İnformasiya Agentliyi ilə şəhərdə son vəziyyətlə bağlı məlumat vermək üçün əlaqə saxlamağa müəvvəq olub.
Ə.Bayramlı bildirir ki, yaşadığı şəhərlə birlikdə iki şəhəri karantinə alıblar. İnsanların küçəyə çıxmaqları məhdudlaşdırılıb, bununla yanaşı işlərdə dayandırılıb və şəhərə giriş-çıxışa icazə verilmir. Buna səbəb Koronavirusunun yayılmaması üçün küçələrin dərmanlanaraq tədbirlərin görülməsidir.
2003 –cü ildə hal-hazırdakı vəziyyətin yaşandığını xatırladan Ə.Bayramlının sözlərinə görə, yaxın vaxtlarda insanların yenidən iş başında olacağını ümid etdiyini bildirib.
Ə.Bayramlı bildirir ki, şəhərin küçələri demək olar ki, boşdur. İnsanlar zərurət yarandıqda küçələrə çıxır. Hərəkətdə olan nəqliyyat vasitələri patrullar tərəfindən tez-tez dayandırılır və insanların hərarəti ölçülür.
Lakin yayılan xəbərlərin əksəriyyətinin çox şişirdilərək dünya içtimaiyyətinin nəzərinə çatdırıldığını bildirən həmyerlimiz, vəziyyətin dövlətin nəzarəti altında olduğunu eyni zamanda artıq virusa qarşı vaksinin hazır olduğunu da nəzərə çatdırıb.
Ə.Bayramlı digər həmyerlilərimizlə əlaqədə olduğunu və Azərbaycan Respublikasının Çində yerləşən səfirliyi ilə əlaqə saxladığını, lakin geri dönmək istəyinin olmadığını, tez bir zamanda həlli tapılacağına, virusa yoluxan xəstlərin sağalacağına ümid etdiyini söyləyib.
Doğmalarının narahat olmamasını istəyən həmyerlimiz, bir qurup gənc azərbaycanlı dostları ilə əhval-ruhiyələrinin yaxşı olduğunu əks etdirən videonu ONN vasitəsilə çatdırılmasınıda xahiş etdiyindən həmin videonu sizlərə təqdim edirik.