Böyük azərbaycanlı Mirzə Xəzər vəfat etdi

2-02-2020, 19:28           
Böyük azərbaycanlı Mirzə Xəzər vəfat etdi
Tanınmış jurnalist Mirzə Xəzər vəfat edib.
Bu barədə Teref.az-a Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu məlumat verib.

Jurnalist 73 yaşında Almaniyada dünyasını dəyişib.

Xatırlatma: 1947-ci ildə anadan olan M.Xəzər 1973-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib. O, 1976-1985-ci illərdə Azadlıq radiosunun Azərbaycan bölməsində baş redaktorun müavini işləyib. 1985-ci ilin oktyabr ayında ABŞa köçmüşdür. 1985-1987 Vaşinqtonda Amerikanın Səsi radiostansiyasının Azərbaycan bölməsinin müdiri işləmişdir. 1987-ci ilin fevral ayında Almaniyanın Münxen şəhərinə qayıtmış və 1987-2003-cü illər ərzində Azadlıq radiosunun Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləyib. 2005-ci ilin dekabr ayından 2010-cu ilədək Mirzə Xəzərin "Mirzə Xəzərin Səsi" İnternet Radiosu efirə çıxıb. O, indiyədək Almaniyada yaşayıb.Pravda.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru