"Sanki ölməyimizi gözləyirlər" – Azərbaycanın Rusiya ilə sərhədində nə baş verir? – VİDEO

28-03-2020, 00:01           
"Sanki ölməyimizi gözləyirlər" –
Koronavirusun təhlükəli hal alması ilə Rusiyadan ölkəmizə üz tutan həmvətənlərimizin sərhəddə antisanitar və soyuq düşərgələrdə saxlanıldığı iddia edilir.
Bu barədə Yeniavaz.com-a məlumat verən Qobustan rayon sakini Qədirov Hacı mart ayının 26-da Samur sərhəd keçid məntəqəsi vasitəsilə Rusiyadan Azərbaycana gəldiklərini və burada karantinə götürüldüklərini bildirib. Onun sözlərinə görə, saxlanıldıqları düşərgədə nə ayaqyolu, nə hamam, nə də ki, istilik sistemi mövcuddur:
“Doğru-düzgün qidalar yoxdur. Qaldığımız “palatka”lar gecələr həddindən artıq soyuq, gündüzlər isə isti olur. Təxminən 200 nəfərik və qaldığımız yer tozun-torpağın içindədir. Heç kim “bura karantindir” deyə bilməz. Çünki buranın karantinlə əlaqəsi yoxdur. Həkim müayinəsi yox, maska yox. Burada insanlara başağrısı, qarınağrısı dərmanı verməyə nə həkim var, nə də preparat. Böyük çadırda iki ədəd qızdırıcı verirlər amma heç bir xeyri yoxdur. Heç kimdən analiz götürülməyib. Sadəcə bir dəfə temperaturumuzu ölçüblər. Bu gün səhər ən azından qadınların buradan aparılması üçün etiraz etdik. Bu istəyimizə nail olduq. Onları avtobuslara mindirib apardılar. Amma haraya apardıqlarını bilmədik. Vəziyyət çox pisdir, sanki ölməyimizi gözləyirlər”.
Q. Hacı sözügedən düşərgədə lentə aldığı kadrları da redaksiyamıza təqdim edib. Kadrlarda karantin rejiminin antisanitar vəziyyətdə olduğu müşahidə olunur.
Həmin görüntüləri təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.