Səfər Mehdiyevin nəzərinə: 20 dollarlıq alınan mal ,Gürcüstana göndərilmə 31.16$, Ermənistana pulsuz, Ukraynaya 3.16$, Rusiyaya pulsuzdur. Azərbaycana isə
28-08-2020, 13:28
Gömrük komitəsi iddia edir ki, onlar xarici ölkələrdəki təcrübəyə əsaslanıb qaydaları sərtləşdiriblər. Gəlin baxaq. Teref.az yazır ki, bunu Hbib Müntəzir öz səhifəsində yazıb. Daha sonra Həbib Müntəzir yazır: Aliexpress saytına daxil oluruq. Məhsul sifariş veririk. Deyək ki, kişi bel çantası alırıq, qiyməti 20 dollardır. Gürcüstana göndərilmə 31.16$, Ermənistana pulsuz, Ukraynaya 3.16$, Rusiyaya pulsuzdur. Azərbaycana isə 104.36$ edir və GÖNDƏRİLMİR. Niyə çünki Azərbaycanda fantastik istehsal var, fısqırıq bel çantaları var digər ölkələr isə acından qırılırlar, heç bir istehsal yoxdur, hətta göndərilməni pulsuz belə əldə etmək olur. Paylaşın, xalqın cibinə girən gömrük məmurlarının gözünə də girsin, QƏRAR LƏĞV EDİLSİN! Həbib Müntəzir Teref.az