Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsmanın gözqamaşdıran sırğaları sərvət dəyərindədir - FOTO/VİDEO

28-08-2020, 14:05           
Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsmanın gözqamaşdıran sırğaları sərvət dəyərindədir - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.

Toyda deputat Siyavuş Novruzov və həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva da iştirak edib.

Onun toyda geyindiyi libasının “Valentino” brendindən olduğu qeyd edilib.

Ombudsmanın ziyafət geyiminə uyğunlaşdırdığı zinət əşyası göz qamaşdırıb.

Belə ki, Səbinə Əliyevanın sırğaları məşhur İtaliya brendi olan “DAMIANİ”yə məxsus olub və qiyməti 20 min 705 dollardır (35 min 200 manat).

Sırğa çəhrayı rəngli yaqut və brilyant daşlarla bəzədilib.
/baxar.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru