Azərbaycanın adı daha bir beynəxalq qalmaqalda - Saxtakarlığa görə Dünya Bankı "Doing Business 2021" hesabatının dərcinə fasilə verib.

31-08-2020, 12:08           
Azərbaycanın adı daha bir beynəxalq qalmaqalda -
Dünya Bankı açıqlama yayıb ki, Doing Business 2018 və 2020-ci il hesabatlarında Azərbaycan, Çin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən alınan məlumatlar uyğunsuz olaraq dəyişdirildiyinə görə növbəti nəşrini dayandırır. "Doing Business 2021" hesabatı önümüzdəki iki ayda yayımlanmalı idi. Lakin. Dünya Bankı Qrupu (DBQ) onun nəşrini dayandırmağa və saxtakarlıq faktlarını araşdırmağa qərar verib. DBQ hesab edir ki, 2017 və 2019-cu illərdə yayımlanan "Doing Business 2018" və "Doing Business 2020" hesabatlarında adı sadalanan ölkələr üzrə məlumatların dəyişdirilməsi ilə bağlı bir sıra pozuntular vardır. Belə ki, məlumatlardakı dəyişikliklər Doing Business metodologiyasına uyğun gəlmir. Odur ki, DBQ son beş ilin hesabatları üçün məlumat dəyişikliklərinin sistematik bir şəkildə nəzərdən keçirilməyi və qiymətləndirilmə aparmağı planlaşdırır. Plan üzrə daxili audit məlumatların yenidən toplayaraq, onların bazasında müvafiq olaraq düzəlişlər edəcəkdir. Çox böyük ehtimalla bu düzəliş Azərbaycanın da reytinqinin pisləşməsinə gətirib çıxaracaq.
Teref.az yazır ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu yazır.Daha sonra Qubad bəy yazır:
Xatırladım , hələ zamanında mən Dünya Bankını bu hesabatının Azərbaycanla bağlı dəyərləndirmələrinə şübhə ilə yanaşmışdım. (Bax: "Doing business 2019” hesabatında Azərbaycanın uğurları inandırıcıdırmı? 20 Noyabr 2018-ci il. https://www.astna.biz/…/2018/11/free/eco-macroeco/az/465.htm). Belə ki, Doing Business-2020 reytinqində Azərbaycan 190 ölkə arasında 34-cü yeri tutmuşdu. "Doing Business 2019" hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdu. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşaraq, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdi. Bundan sonra hakimiyyətin iqtisadi blokuan rəhbərlik edənlər, əsasən də dövlət başçısı İlham Əliyev bu nəticə ilə qürrələnərək, ona çoxsaylı istinadlar edirdi. İndi də məlum olur ki, Azərbaycandan gedən məlumatlar saxta olub. Beləliklə bizim saxtakarlar indi də Dünya Bankını çətin vəziyyətə salıblar.
Qubad İbadoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.