Valyutanın ölkədə qalmasının iqtisadiyyata nə kimi təsiri var? Ekspert

23-01-2016, 15:12           
Valyutanın ölkədə qalmasının iqtisadiyyata nə kimi təsiri var? Ekspert
“Valyutanın ölkədə qalması yaxşı hal olsa belə, onun ölkə daxilində işə salınması və sərmayə şəklində istifadəsi lazımdır”. Bu sözləri SİA-ya iqtisadçı Fikrət Məmmədov “Valyuta tənzimi haqqında” qanuna edilən dəyişiklikləri şərh edərkən deyib.

O, Azərbaycandan xaricə il ərzində 50 min dolları ötən pul köçürmələrinə 20 faiz həcmində icbari yığımın tətbiq edilməsi qərarına münasibət bildirərkən bunun bir tərəfdən milli valyuta, manata, dəstək kimi qiymətləndirib: “Çünki xarici valyutanın çıxarılmasına qoyulan məhdudiyyət onun ölkə daxilində tükənilməsinin bir qədər qarşısını alacaqdır. Lakin digər tərəfdən, ölkəyə malları idxal edənlər üçün əlavə maneə və xərclər yaratmaqla, istehlakçılar üçün xaricdən gətirilən malların qiymətini artıracaqdır. Belə ki, istənilən xərclər sonda istehlakçıya satış qiymətinin yüksəldilməsində əks olunacaq”.

Ümumiyyətlə valyutanın ölkədə qalmasını yaxşı hal kimi qiymətləndirən Fikrət Məmmədov onun ölkə daxilində işə salınması və sərmayə şəklində istifadə olunmasının zəruriliyini qeyd edib: “Bunun üçün müvafiq stimullaşdırıcı qanunlar, həvəsləndirici mexanizmlər işə salınmalıdır. Bunlar edilməsə, ölkədə valyutanın kiminsə evində, seyfində saxlanılması iqtisadiyyat üçün heç bir əhəmiyyət kəsb etmir”.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.