QHT rəhbəri Vahid Mustafayevə etiraz etdi - Qorbaçov Vahid Mustafayevə "bolşoye spasibo" deyərdi

23-01-2016, 23:45           
QHT rəhbəri Vahid Mustafayevə etiraz etdi - Qorbaçov Vahid Mustafayevə "bolşoye spasibo" deyərdi
Bu gün Vahid Mustafayevin çəkdiyi "20 yanvar" filmi ssoial şəbəkələrdə çox söz söhbətə və tənqidə səbəb olub. O tənqidi fikirlərdən birini Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətənat Əskərqızı yazıb. teref.az olaraq heç bir komentari etmədən və fikir söyləmədən sizə yazını təqdim edirk:
"Dostlar,sizinlə bir məsələni bölüşmək istəyirəm. Amma şəxsi fikirlərimə görə məni topa tutanlara cavab verməyəcəm. Çünki arqumentlərim faktlara söykənir.
"Qanlı yanvar"a baxanda elə bildim bu filmi Moskvanın hansısa kinorejisoru çəkib, senari müəllifi də elə rusdu...Düzü bu filmə baxmağı düz bir il idi təxirə salırdım.Çünki filmin anonsu getmişdi.Bəzi hissələrini də görmüşdüm.O illəri,faciəli bir gecəni yaşayan bir vətəndaş kimi burada lentə köçürülən hadisələr demək olar ki,təhrif olunmuşdu.
Düzü bu filmə vəsait ayıran cənab İlham Əliyevə çox böyük minnətdarlıq düşür ki, tariximizi yaşatmaq,yaddaşlara salmaq üçün filmlərin çəkilişinə hər bir köməyi edir.Amma filmin yaradıcıları sanki cənab İlham Əliyevin nə istədiyini anlamırlar.Çünki bu film heç də nə o faciəni ,nə də o faktlar ki, göstərilir həqiqəti əks etdirir, nə də bizim xeyrimizə işləyir. Burada səhnələr göstərilir ki,guya insanların əlində silah varmış,meydanda olanlar avaralar,əxlaqsızlardı.)))))))
Bilirsiz,bütün bunlar mənə nəyi xatırladır??? O hadisələrdə Ayaz Mütəllibovun ruporu olan bəziləri meydandakıları təhqir edirdilər.Hamını narkoman,alkaş,əxlaqsız adlandırırdılar.Guya o meydanlarda olanlar belələrindən ibarətdilər.Ruhu şad olsun,şəhid Milli Qəhrəman adı verilib ona,Çingiz Mustafayevə.Bizi söyənlərin önündə o,gedirdi.Mütəllibov ölkədən qaçdı.Çingizdən də üzun müddət incik olduq...Ta Xocalı faciəsinə,şəhid olduğu günə qədər.Azərbaycan insanı qarşısında günahını Çingiz Mustafayev sonradan etdikləri ilə yudu.Görəsən bu gün Vahid Mustafayev günahını nə ilə yuyacaq??? Cənab Mustafayev deyir ki,bir çox ölkələrdə nümayiş olunan film uğurla qarşılanıb.Allah sənə kömək olsun Mustafayev! Axı o insanlar faciəli 20 Yanvarı yaşamayıblar.Sənin çəkdiyin filmdəki guya yaşanan o hadisələr elə onların o gecə haqqımızda dedikləri yalanlarla,böhtanlarla üst-üstə düşür.Senarist və kinorejisor Vahid Mustafayevə yəqin "bolşoye spasibo" deyərdilər.Xüsusilə Qorboçov müəllim.Çünki uzun illər Sovet KQB-si o gecəni millətin etirazı kimi yox,bir dəstə kütlənin çıxışı kimi təqdim etdi.Nə isə,görəsən niyə bizdə vətən, millət sevgiisindən daha çox cib,şöhrət sevgisi var hə???
Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri
Metanet Askerqizi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.