İcra başçılarına və deputatlara işğaldan azad edilmiş rayonlara səfər qadağası – Vilayət Eyvazov bir neçə rəisi cəzalandırdı

25-02-2021, 00:27           
İcra başçılarına və deputatlara işğaldan azad edilmiş rayonlara səfər qadağası – Vilayət Eyvazov bir neçə rəisi cəzalandırdı
Azərbaycanın erməni işğalından azad edilən ərazilərinə mülki əhali ilə yanaşı, həm də həmin rayonların icra başçılarına və deputatlarına gediş qadağası qoyulub.

Bu barədə Milli Məclisin adının çəkilməsini istəməyən deputatları bildirib.

Millət vəkillərinin sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunmasına baxmayaraq, hələ də o yerlərə ayaq basa bilməyiblər. Onların iddiasına görə, buna qadağanı isə Daxili İşlər Nazirliyi qoyub.

Bir neçə deputat həmin rayonlara getdiyi üçün DİN rəhbərliyi yerli polis şöbələrinin rəislərini cəzalandırıb.

“Artıq birmanalı olaraq, nə icra başçıları, nə də deputatlar öz təmsil etdiyi rayonlara gedə bilmir” -deyə parlamentarilər bildirib.

Qeyd edək ki, bəzi deputat və icra başçılarından nə üçün təmsil etdikləri rayonlara getmədikləri ilə bağlı araşdırma aparmışdıq.

Şuşanın icra başçısı Bayram Səfərov və rayonu təmsil edən deputat Tural Gəncəliyev açıqlamasında bunu həmin ərazilərin minalı olması ilə əlaqələndirmişdi. Ancaq ötən müddət ərzində digər hökumət strukturlarının təmsilçilərinin səfərləri deyilənlərin real olmadığını ortaya çıxardı.


Gununsesi.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru