Rusiya hərbçiləri Xocalı hava limanında “Qələbə günü” nə həsr ediləcək parad üçün təlimlərə başladı... - BUNLAR RƏSMƏN HƏDDLƏRİNİ AŞIRLAR

19-04-2021, 10:34           
Rusiya hərbçiləri Xocalı hava limanında “Qələbə günü” nə həsr ediləcək parad üçün təlimlərə başladı...
Azərbaycan Respublikasının Qarabağ torpaqlarında yerləşən Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümünə təsadüf edən təntənəli yürüş üçün təlimlərə başlayıblar.

Moderator.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Xocalı hava limanında keçirilən təlimə 400-dək rus hərbçisi cəlb olunub.

“Təntənəli yürüş üçün məşqlərdə Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin əsasını təşkil edən Mərkəzi Hərbi Dairənin 15-ci əlahiddə moto-atıcı briqadasının (sülhməramlı) şəxsi heyəti iştirak edirlər. Bundan əlavə, Humanitar Reaksiya Mərkəzinin bölmələri, hərbi polis, xüsusi təyinatlı tibbi hissə, Rusiya sülhməramlı kontingentinin komanda qrupu, eləcə də maddi-texniki dəstək bölmələri də məşqlərə cəlb olunur.

Zəfərin 76-cı ildönümü günü - 9 May 2021-ci il tarixində təntənəli yürüşdə hər biri 45 hərbçidən ibarət 10-a qədər hərbi “qutu”nun iştirak edəcəyi planlaşdırılır” – xəbərdə belə deyilir.

P.S....













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru