Əli Nağıyevin oğlunun 1 milyon dollara yaxın borcu var - DETALLAR

17-05-2022, 21:02           
Əli Nağıyevin oğlunun 1 milyon dollara yaxın borcu var - DETALLAR
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin oğlu Araz Nağıbəyliyə məxsus olduğu bildirilən və Rusiyada fəaliyyət göstərən “Naxçıvan İnvest” (VÖEN- 7704448970) şirkətinin 2021-ci il üçün maliyyə hesabatı açıqlanıb.
Teref.az yeniavaz.com-a istinadən bildirir ki, qeyri-yaşayış sahələrinin icarəsi və idarə edilməsi sahəsində fəaliyyət göstərən “Naxçıvan İnvest” şirkətinin 2021-ci ildə fəaliyyət göstərməyib.
Bu ilin əvvəlinə olan məlumata görə şirkətin 31 milyon 401 min rubl debitor borcu var. Mərkəzi Bankın açıqladığı rəsmi məzənnə (1 rub/0,0263 azn) ilə hesabladığımız zaman bu məbləğ 826 min dollara bərabər olur.
Bundan başqa şirkətin 3 milyon rubl (78 min dollar) kredit borcu da var.
Məlumat üçün bildirək ki, Arzu Nağıbəyli “Naxçıvan İnvest” şirkətində 50%-lik payla 2 təsisçisindən biridir. Şirkətin digər təsisçisi isə Fərdi Ələkbərov adlı şəxsdir.
“Naxçıvan İnvest” 13 dekabr 2017-ci ildə Moskva şəhəri, Akademik Pilyuqin, 8A ünvanında hüquqi qeydiyyata alınıb.
Araz Nağıbəyli və Fərdi Ələkbərov tərəfindən 14 dekabr 2017-ci ildə Moskva şəhəri, Akademik Pilyuqin, 8A ünvanında hüquqi qeydiyyata alınan “Naxçıvan” adlı şirkət isə ötən ilin sentyabr ayının 23-də ləğv olunub.
Araz Nağıbəyli həmçinin 2009-2013-cü illərdə fəaliyyət göstərmiş "Eqan" adlı şirkətin də təsisçisi olub.
Məlumat üçün qeyd edək ki, Əli Nağıyev 1954-cü ildə Naxçıvan şəhərində anadan olub. Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini olub. 1995-ci ildə Milli Məclisin deputatı seçilib. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub. 1996-2006-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olub. 2006-2011-ci illərdə Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri olub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru