Deyir, coğrafiya qədərindir - Səxavət Məmməd yazır

13-06-2022, 09:03           
Deyir, coğrafiya qədərindir -
Təslim olmağı sevmiyən bir tipim var. Arada baxıram ki, mən də özüm kimi davranmıram. Şəhid ailəsi xahiş etdi ki, atası və qardaşının şəhid olmasının il dönümü yaxınlaşır, ailəcə onların qəbri üstünə getmək istəyirlər. Bir neçə nəfərə ağız açdım. Ağız açdığım adamların müharibədə zərrə qədər də yararı olmayıb, indi barın yeyənlərdəndilər. Bundan əvvəl də iki dəfə belə hal olmuşdu. Bundan əvvəl olanlardan sonra özümə söz vermişəm ki, bir də icazə və qrupla Qarabağa getməyəcəm. Ola bilsin kimsə deyəcək ki, guya sən getməsən nə dəyişəcək. Bilirəm heç nə dəyişməyəcək. Ən azı bilirəm gedib şəkil paylaşmayacam, məcburi yazı yazmayacam.
Qarabağda hər gün bir təxribat olur. Bunun səbəbi məhz əhalinin məskunlaşmamasıdır. Məskunlaşma yerinə bağlar bölünür, bağlar salınır, gözəl yerlər otellər üçün ayrılır...
Mağaza, restoran reklamı edənlər müharibədən, elə Qarabağdan yazanlardan daha asan gedir Qarabağa. Belə şeylər yazan kimi bir qrup tutuquşu gəlib yazır ki, mina var! Getdikləri yerlərdən bixəbər gerizekalılar! Bilmirlər ki, Qarabağda bu dəqiqə minadan daha təhlükəli olan şey ilanlardır. Gedənlər və istəyənlər diqqətli olun.
Qarabağda məskunlaşma başlamalıdır. Tamamilə hər şeyi həll edəndən sonra köç nəzərdə tutulursa, bu absurd yanaşmadır.
Vay o kəndin halına ki, ermənilər onun əkin sahəsində bağ salıb. Dərhal həmin kənd birləşməyə qurban gedir. Qarabağlının pay torpağı bağ ola bilməz?
Evlərin, mülklərin sənədlərini nəzərə alan yoxdur. Kupçası yox imiş. Özəlləşdirmə olanda Qarabağ var idi? Bu nə oyundur?
Qarabağ qılınc haqqı deyil, kim necə istəyir elə də bölsün. Niyə soruşan yoxdur camaat nə istəyir?
Danışanda da deyirlər səbirli olmaq lazımdır. Niyə? Sovetski köçürüləndə divarımızın enin düz ölmürlər deyə, aksiya keçirilirdi... Onlarla misal çəkə bilərəm.
Taleyimizə bax, əvvəl işğalda idi, azad edilməsi üçün yaz, indi azad edilib, qadağaların aradan qalxması üçün.
Səxavət Məmməd
Teref.az
Belə coğrafiyanın da, qədərin də...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.