Ermənistan ən böyük zərbəni almağa yaxındır – RUSİYA QAFQAZI TƏRK EDƏCƏK

14-06-2022, 00:00           
Ermənistan ən böyük zərbəni almağa yaxındır –
"Rusiya sülhməramlıları tərəfindən artıq dəfələrlə üçtərəfli bəyanatın şərtləri pozulmaqdadır".

Teref.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi analitik, "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

O bildirib ki, Ermənistan Rusiyanın Qafqazda əsas dayaq məntəqəsidir:

"Erməni terrorçuların ərazilərimizdə, xüsusən də, sülhməramlıların cavabdehlik bölgəsində görülməsi isə ilk dəfə deyil. Bütün hallarda bir sıra öhdəliklər pozulduğu üçün Laçın dəhlizinin tam olaraq Azərbaycan sərhədçilərinin nəzarətinə götürülməsi artıq zərurətdir.

Bu gün sülhməramlıların Ukrayna müharibəsi ilə bağlı tam olaraq ərazilərimizdən çıxarılması ilə əlaqədar bir çox müzakirələr gedir. Bu, real gözlənti deyil və olacaqsa Rusiya artıq çökmüşdür deməkdir. Bu, həm də əsas havadarından məhrum qalan Ermənistanın regionda varlığını sual altına qoymuş olardı. Amma gec-tez Rusiya Qafqazı tərk etməyə məcbur qalacaq.

Ermənistanın Rusiya tərəfindən silah-sürsat baxımından maddi-texniki təminatı məlumdur və bunun hər hansı səbəbdən dayandırılması indiki vəziyyətdə real görünmür. Çünki Ermənistan Rusiyanın Qafqazda əsas dayaq məntəqəsidir. Ermənistan isə Rusiya tam çökmədən sülhə yanaşmayacaqdır. Bu, tamamilə ilə Vladimir Putinin siyasətinə ziddir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.