“Böyük gün” yaxılaşır: - Nə qədər müəllim işini itirəcək?

13-06-2022, 19:57           
“Böyük gün” yaxılaşır: -
“Avqust ayında sertifikatlaşdırma üzrə test mərhələsi başlayır”.

Bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli jurnalistlərlə görüşü zamanı deyib.

“Müsahibə mərhələsi isə sentyabrdan baş tutacaq”.

Sertifikatlaşdırmanın keçirilməsinə müəllimlər müxtəlif asbektlərdən yanaşırlar. Belə ki, bəzi müəllimlər bu prosesin reallaşmasında heç bir problem görməsələr də bir qism müəllimlər bununla razılaşmır. TEREF.AZ xəbər verir ki, sertifikatlaşdırma ilə bağlı bəzi məsələlərə Cebhe.info-ya müsahibəsinə təhsil üzrə ekspert Elşən Qafarov aydınlıq gətirib:

- Bu gün müəllimlərin sertifikatlaşdırmaya birmənalı yanaşmaması bəlkə də proseslə bağlı daha geniş məlumatının olmamasından qaynaqlanır. Siz müəllimlərimizin neçə faizinin bu prosesdən keçəcəyini proqnozlaşdırırsınız?

- Sertifikatlaşdırma ilə bağlı baza “Təhsil haqqında” Qanun, “Ümumtəhsil haqqında” Qanun və Nazirlər Kabinetinin “Ümuməhsil məktəbində çalışan təhsil verənlərin sertifikatlaşdırma qaydası” 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarı ilə təsdiq edilib. İlk növbədə müəllimlərin peşə yararlılığı, imtahanda yığdığı bala görə peşəkarlıq səviyyəsinin yoxlanılması gözlənilir. Ancaq hazırda Bakı-Abşeron-Sumqayıt-Xızı-Gəncə kimi iri ərazilərdə yaşayan 60 min müəllim ilkin mərhələdə sertifikatlaşdırmadan keçməlidir. Həmin 60 min arasından ilk növbədə ibtidai sinif müəllimlərinin sertifikatlaşdırmaya cəlb olunması gözlənilir.

Sertifikatlaşdırmadan keçə bilməyənlərə qanunvericiliyə görə, minimum dərs yükü ilə 6 saatdan müəllim işləməyə icazə veriləcək və 1 il ərzində onlar yenidən imtahan olunacaq. Bununla da artıq ikinci dəfə imtahandan keçə bilməyən, Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcək. Ölkədə təqribən 40 min ibtidai sinif müəllimi var. Onun 17-18 min nəfəri birinci mərhələdə sertifikasiya prosesinə cəlb olunacaq. Sertifikatlaşdırmadan sonra deyə bilərik ki, onların neçə faizi bu prosesdən keçə bilib, bilik və bacarığı hansı səviyyədədir.

- Xüsusilə də yaşlı müəllimlər sertifikatlaşdırmaya irad bildirirlər ki, niyə bizi bu yaşda imtahan edilər? Bu prosesdə yaş amili nəzərə alınırmı?

- Sertifikatlaşdırma qaydalarında yaş kateqoriyası nəzərə alınmır. Əgər müəllim kimi çalışırsansa, sertifikatlaşdırmada iştirak etməlisən. Qanunvericilikdə yaş məsələsi öz əksini tapmayıb.

- Bəzən belə bir fikir də səsləndirirlər ki, sertifikasiya müəllimlərin sayının azaldılmasına hesablanıb. Bu, nə dərəcədə doğrudur?

- Bu fikri söyləyənlər sertifikatlaşmanın mahiyyətindən xəbəri olmayan adamlardır. Mən bunu boş dedi-qodu adlandırardım. Sertifkatlaşdırmanın mahiyyəti ümumtəhsil məktəblərində çalışan müəllimlərin peşə yararlılığı və peşəkarlıq səviyyəsini müəyyən etməkdir.

- Müəllimlərlə bağlı əvvəllər də imtahanlar təşkil olunurdu. Əgər müəllimin biliyi varsa, bu imtahanlara niyə etiraz etməlidir?

- Müəllim özünə güvənməyəndə belə olur. Kifayət qədər savadlı, bacarıqlı müəllimlərimiz var. Onlar da heç vaxt imtahandan qorxmur. Bu imtahandan kim qorxur? Bilir ki, onun peşəkarlığı, biliyi, bacarığı o səviyyədədir ki, sertifikatlaşdırmadan keçməyə bilər. Əslində sertifikatlaşdırma bu tip müəllimlərlə vidalaşmağa hesablanıb.

- Eyni zamanda bir fikir də səslənir, dövlət özü verdiyi təhsilə güvənmirmi ki, yenidən imtahanlara cəlb edir. Bu fikirlə razılaşırsızmı?

- İnkişaf etmiş bütün ölkələrdə müəllimi biliyi ildə bir dəfə qiymətləndirilir və ondan sonra onun çalışmasına icazə verilir. Azərbaycanın qanunvericiliyi kifayət qədər yumşaqdır və sertifikatlaşdırma 5 ildən bir keçirilir. Dünyanın bütün inkişaf etmiş ölkələrində müəllimlərlə müqavilə 1 illik bağlanılır. Müəllim dərs demək də istəmir, üzərində işlmək də istəmir, əlavə dərs alıb yüksək maaş da almaq istəmir. Acaq onun bilik və bacarığının yoxlanması ilə bağlı müxtəlif bəhanələr gətirir. Belə bir şey yoxdur. Dünya ölkələrində sertifikatlaşdırma və attestasiya var. Bəzi ölkələrdə 1 ildən, bir çox ölkələrdə 3 ildən, Azərbaycan isə ən yumşaq variantını seçib ki, 5 ildən bir keçirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.