ƏVƏZ ZEYNALLI SAXLANILDI - Məhkəmə qarşısına çıxarılır (Yeniləndi)

11-09-2022, 00:00           
ƏVƏZ ZEYNALLI SAXLANILDI -
Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən bu gün saxlanılan "Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallı məhkəmə qarşısına çıxarılır.

Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

Ə.Zeynallı ilə birlikdə vəkil Elçin Sadıqovun da məhkəmə qarşısına çıxarılacağı bildirilir.

***

"Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsində dindirilir.

İstintaq hərəkətləri çərçivəsində Əvəz Zeynallının evində və ofisində axtarış aparılıb. Onun vəkili Elçin Sadıqovun evində və ofisində axtarış aparılıb. Vəkilin ofisindən çoxlu sayda sənədlər götürülüb. Daha sonra E.Sadıqov da Baş Prokurorluğun İstintaq İdarəsinə aparılıb.



***

Jurnalist Əvəz Zeynallının barəsində cinayət işi başlanılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib.

"Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Əvəz Zeynallının saxlanıldığı barədə sosial şəbəkələrdə məlumat yayılıb.

***

"Xural" internet televiziyasının rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı prokurorluq əməkdaşları tərəfindən saxlanıb.

"AzPolitika.info" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd olunur ki, jurnalist Cinayət Məcəlləsinin 311-ci (passiv rüşvətxorluq) maddəsi ilə ittiham olunur. Hazırda adıçəkilən internet kanalın ofisində axtarış aparılır.

Az əvvəl vəkil Elçin Sadıqov da "Feysbuk" səhifəsində məlumat yayıb ki, ona prokurorluqdan ofisində axtarış aparılacağı ilə bağlı xəbərdarlıq edilib.

Elçin Sadıqovun həyat yoldaşı, vəkil Zibeydə Sadıqova da prokurorluqdan ona evlərində axtarış aparılacağına dair xəbər verildiyini qeyd edib.

Xatırladaq ki, "Haqqin.az" saytının rəhbəri Eynulla Fətullayev bir neçə gün əvvəl Əvəz Zeynallını həbsdə olan iş adamı, "Baku Stell Company" metaləritmə zavodunun rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət almaqda ittiham edib. Jurnalist ittihamları rədd edib və Eynulla Fətullayevi böhtan atmaqda suçlayıb.

Qeyd edək ki, Elçin Sadıqov Rasim Məmmədovun vəkilidir.

"AzPolitika.info"














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru