Zelenski Rusiyaya meydan oxudu: "Soyuq, aclıq, qaranlıq və susuzluq bizim üçün sizin: “dostluğunuz və qardaşlığınız” qədər qorxulu və ölümcül deyil. "
12-09-2022, 15:20
Teref.az yazır ki, Volodimir Zelenskinin bu günə qədərki ən yaxşı mesajlarından birini verdi Zelenski Rusiyaya meydan oxudu… “Hələ də bizim “bir xalq” olduğumuzu düşünürsüz? Hələ də bizi qorxuda, sındıra, məğlub edə biləcəyinizi düşünürsüz? Həqiqətən heç nə başa düşməmisiz? Başa düşməmisiz ki, biz kimik? Nə deyirik? Dodaqlarınızla oxuyun: Qazsız, yoxsa sizsiz? Sizsiz İşıqsız, yoxsa sizsiz? Sizsiz Susuz, yoxsa sizsiz? Sizsiz Yeməksiz, yoxsa sizsiz? Sizsiz. Soyuq, aclıq, qaranlıq və susuzluq bizim üçün sizin “dostluğunuz və qardaşlığınız” qədər qorxulu və ölümcül deyil. Tarix hər şeyi yerbəyer edəcək. Bizim qazımız da, işığımız da, suyumuz da, yeməyimiz də olacaq. Sizsiz!”