Ermənistan parlamentində Paşinyanı çətin duruma saldılar: - "Danışılmış döyüşdür..."

13-09-2022, 17:06           
Ermənistan parlamentində Paşinyanı çətin duruma saldılar: - "Danışılmış döyüşdür..."
Ermənistan parlamentində Paşinyanı çətin duruma saldılar:
TEREF.AZ xəbər verir ki, tanınmış ermənişünas alim Qafar Çaxmaqlı bu gün Ermənistan parlamentində baş verənləri Moderator.az-a şərh edib:

"12 sentyabrdan 13-nə keçən gecə Ermənistanın təxribatları nəticəsində cəbhədə baş verən gərginliklə bağlı baş nazir Nikol Paşinyan Ermənistan parlamentində çıxış etmiş və millət vəkillərinin suallarına cavab vermişdir. O demişdir ki, Brüssel görüşündə bir ay ərzində sülh danışıqlarını nəticələndirəcək razılaşma əldə edilmişdir, Ermənistan təklif etmişdir ki, cəbhənin təmas xəttində baş verən silahlı qarşıdırma olmaması üşün hərbi qüvvələr geri çəkilsin, sərhədlərin təmas nöqtələrində beynəlxalq monitorinq tətbiq edilsin...

Parlamentin özündə belə Paşinyanın bu təklifləri sülh danışıqlarını uzatmaq cəhdi olaraq dilə gətirilmişdir. Millət vəkillərindən biri onu danışıqlar prosesini nəticələndirəcək heç bir addımın Ermənistanın xeyrinə olmadığını bildirərək hökumət başçısını dünyada baş verən proseslərin fonunda bəzi gözləntilərinin Ermənistanı yeni müharibəyə götürəcəyini demişdir. Sual indi belə qoyulur? Bu hadisədən sonra nə olacaq? Ermənistanın Azərbaycanla sülh danışıqlarına getməyə hazırdırmı? Paşinyanın bu suala cavabı qəribə olmuşdur. Danışıqlar zamanı indi Azərbaycanın əlində olan bəzi ərazilərdən imtina edə bilmərik. Azərbaycan həmin əraziləri özünün sayır. Sülh istəyirik, amma bu sülh hansı şəkildə olmalıdır? Paşinyan bu məsələ ilə bağlı cəmiyyətdə gedən müzakirələrin sülhə xidmət etmədiyini deməklə müxalif qüvvələrin ölkənin inkişafına xidmət etmədiklərini ifadə etmişdir.

Bu fikirdən də göründü ki, Ermənistan danışıqlar prosesini qəsdən uzadır, sərhədlərin müəyyənləşməsində siyasi iradə nümayiş etdirmək qabiliyyəti yoxdur. Hansı səbəbdənsə Paşinyan sülh danışıqlarına getmir, onu qəsdən gecikdirir. Baş verən qarşıdurma Azərbaycanın Ermənistanı buna məcbur etmə tədbirləri kimi də qeyd edilir...

Paşinyan baş verən döyüşlə bağlı müttəfiq ölkələrə, KTMT-na və BMT Təhlükəsizlik Şurasına da müraciət etdiklərini də söyləmişdir. Onun RF prezidenti Putinlə, Fransa prezidenti Makronla telefon əlaqəsi saxladığı da yayılan xəbərlər arasındadır.

Bu durumla bağlı Ermənistanın parlamentindəki müxalif fraksiyalar MM-in toplantısında iştirak etməmişlər. Parlamentdən kənar müxalif qüvvələr Paşinyanı kəskin tənqid edərək onun sülh danışıqlarını gecikdirməklə Ermənistanı yeni müharibəyə sürükləməkdə ittiham etmiş və istefa tələbini yenidən səsləndirməkdələr. Keçmiş deputat Naira Zöhrabyan keçirdiyi mətbuat konfransında bu döyüşlərin danışılmış döyüş olduğunu və Zəngəzur dəhlizinin dərhal açılmasını hədəfləmək olduğunu bildirib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru