Müdafiə Nazirliyindən yalan məlumat yayanlara XƏBƏRDARLIQ

14-09-2022, 18:49           
Müdafiə Nazirliyindən yalan məlumat yayanlara XƏBƏRDARLIQ
"Ermənistan tərəfindən kütləvi şəkildə feyk xəbərlər, yalan məlumatlar, foto, video materiallar dərc olunur".
Bu sözləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib:

"Bu baxımdan ictimaiyyətə və xüsusilə sosial media şəbəkələrinə yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə və qarşı tərəfin dezinformasiyalarını tirajlamamağa çağırırıq. Ermənistan tərəfindən müxtəlif dezinformasiyalarla Azərbaycan Ordusu tərəfindən guya mülki obyektlərə, yaşayış evlərinə, mülki şəxslərə qarşı atəş açılması barədə məlumatlar verilir. Xatırlatmaq istəyirəm ki, Azərbaycan Ordusu ən müasir, dəqiq silahlardan istifadə edir və təbii ki, Beynəlxalq Humanitar norma və prinsiplərinə uyğun olaraq yalnız düşmənin legitim hərbi obyektlərini hədəfə alır", - deyə A.Eyvazov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru