Fazil Mustafa: “Şəhidimizə ağlayanda da azərbaycanlı kimi ağlamalıyıq”

15-09-2022, 08:08           
Fazil Mustafa: “Şəhidimizə ağlayanda da azərbaycanlı kimi ağlamalıyıq”
“Bir neçə videoda qarşıma çıxdı. Şəhidlərimizin dəfnində Fars ağzı ilə İranın ideoloji rituallarını bilərəkdən qabardan dəstələr peyda olur. Bunlara müvafiq qurumlarımız diqqət yetirməlidir. Onları məqsədyönlü şəkildə ora göndərirlər. Bu şəhidlərin qatili yalnız erməni deyil ki... Bəs ermənilərə açıqca dəstək verənlər qatil deyillər? "Dindaşımız, soydaşımız, qardaşımız ermənilərə toxunanlar bizim qırmızı xəttimizi keçirlər" deyənlər o şəhidlərimizin qatili deyilmi? Şəhidimizə ağlayanda da azərbaycanlı kimi ağlamalıyıq!”

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

“Artıq şəhidi son mənzilə qürurla, alqışla uğurlayan bir xalq formalaşıb, bu obrazda da davam etməliyik...O məğrur Azərbaycanın şəhid atasının Vətən haqqında söylədiyi şeir nə qədər möhtəşəm idi. Cəhənnəm olub gedin erməniyə yalaqlıq edən ağalarınızın yanına. Heç olmazsa şəhidimizin dəfnini murdarlamayın” – F.Mustafa qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru