Şəhid analarını təhqir edən Fuad Muradovla bağlı niyə tədbir görülmür? - FOTOFAKT

15-09-2022, 17:59           
Şəhid analarını təhqir edən Fuad Muradovla bağlı niyə tədbir görülmür? - FOTOFAKT
Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən Fuad Muradov şəhid analarını təhqir edib.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, onun fotosundan istifadə edən Muradov Fuad profili “Azad söz”ün feysbuk vasitəsilə şəhidin evindən paylaşdığı canlı yayıma şəhid anaları ilə bağlı təhqiredici şərh yazıb.
Məsələ qısa müddətdə sosial şəbəkələrdə gündəmə çevrilib və istifadəçilər tərəfindən sərt tənqid olunub. Bir çox insan hüquq mühafizə orqanlarının rəsmi hesablarını işarələyərək Fuad Muradovla bağlı tədbir görülməsini tələb edib.
Qeyd edək ki, artıq sözügedən şərh və Muradov Fuad profili mövcud deyil.
Hadisədən artıq 3 gün keçməsinə baxmayaraq rəsmi qurumlar tərəfindən heç bir addım atılmayıb.
Məsələyə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.


Xatırladaq ki, Fuad Muradov daha əvvəl də buna oxşar addım atmış, mitinqdə iştirak edən şəhid anaları ilə bağlı müzakirələrə səbəb olan şərh yazmışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru