Amma at kimi dövlətin və, ailənin üzünə durmaq olmaz ki, mən Hüseyn, Əbülfəz deyəcəm!

15-09-2022, 20:06           
Amma at kimi dövlətin və, ailənin üzünə durmaq olmaz ki, mən Hüseyn, Əbülfəz deyəcəm!
Şəhidin ailəsi, ata anası var, bəli!
Bir azdan deyəcəyimi yazmaq, yaşamaqdan asandır, razıyam!
Şəhid dəfni, dövlətin rəsmi mərasimidir!
Şəhid, dövlətin gizli görəvlisidir!
Şəhid, ailəsindən çox dövlətindir!
Onun dəfn törənində, protokol var, qayda var, qanun var, ona əməl və hörmət olunmalıdır!
Dövlət bunu ailədən, ailə bunu mərasimə canı yanıb, toplaşan insanlardan, bir də "canıyananlardan", eyni zamanda qohumlardan tələb etməlidir!
Və...
Hərbiçilər gördüm işğaldan azad olunan ərazilərdə, onlarla, yüzlərlə, hamısından eşitdiyim bu oldu ki, BİZ kəfənin boynumuzda olduğunu bilirik. Biz VƏTƏNİ seçmişik.
...və ŞƏHİDİN...
...dəfnində, quran olar, imandandır...
...mərsiyyə olar, imandandır...
...ağı deyilər, imandandır...
Amma at kimi dövlətin və, ailənin üzünə durmaq olmaz ki, mən Hüseyn, Əbülfəz deyəcəm! Bunun dinlə, imamlarla, şəhidə sayğıyla, sevgiylə bağlılığı yoxdur. Bu hikkədir, dini şovinizmdir, təriqətçilikdir, ikitirəlik salmaqdır, nifrətdir, qısası başqa ideoloji xətdir. Bu mənəvi işğaldır. DİN və DTX da zəhmət çəkib bunu nəzərə alıb, tədbir görməlidir artıq. Bu iddoloji işlər QHT TV, Sayt, rəsmi idarələr vasitəsi ilə başlamalıdır. Kağızlaşmaq, məktublaşmaq, mail-ləşmək, nə bilim yazışmaq modundan çıxn artıq. Bu arxayın tavırlar yox, bir az ruh, bir az emosiya gərəkdir.
Jalə Mütəllimova-Seyidli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru